
Bakı. Trend:
Bakıda və respublikanın müxtəlif bölgələrində rəsmi şəkildə
istilik mövsümünün başlanmasına start verilib. Noyabr ayından artıq
yaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar və
digər ictimai təyinatlı müəssisələr mərkəzləşdirilmiş istilik
sistemi vasitəsilə istiliklə təmin olunmağa başlayıb. Müvafiq
qurumlar
İstilərin tədricən aşağı düşməsi fonunda mövsümün başlaması həm
paytaxtda, həm də regionlarda yaşayış şəraitinin
yaxşılaşdırılmasına, xüsusilə də həssas qruplar üçün daha komfortlu
mühit yaradılmasına xidmət edir.
Bəs, universitetlərdə istiliyin verilməsi ilə bağlı
vəziyyət necədir? İstilik nə vaxtdan verilir, universitetin qışa
hazırlığı, təchizat məsələləri nə yerdədir?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Qarabağ
Universitetindən bildirilib ki, universitetdə istilik mövsümünə
hazırlıq vaxtında tamamlanıb:
“Bütün tədris korpuslarında və inzibati binalarda istilik
sistemi tam şəkildə işə salınıb. İstilik təchizatı ölkə üzrə rəsmi
qaydada mövsümün başlanması ilə paralel olaraq verilir. Qış mövsümü
üçün tələb olunan bütün texniki və təhlükəsizlik tədbirləri həyata
keçirilib, sistem mütəmadi olaraq nəzarətdə saxlanılır”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən əlavə
edilib ki, istiliyin verilməsinə başlandığı deyilib:
“Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik
enerjisindən istifadə qaydalarının təsdiq edilməsi haqqında”
Qərarına əsasən, hər il istilik mövsümü noyabrın 15-də başlayır və
növbəti ilin aprelin 15-də başa çatır.
Azərbaycan Dillər Universitetinin hər üç tədris binasında bu
qərar, mövcud normativ təlimatlar əsas tutularaq, noyabrın 15-dən
etibarən istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata
keçirilir”.
UNEC-in mətbuat xidmətindən isə qeyd edilib ki, noyabrın 15-dən
etibarən bütün tədris binalarına istilik verilib.
Bakı Dövlət Universitetindən də vurğulanıb ki, istilik mövsümü
başlayandan BDU-nun bütün korpuslarında istilik verilib və heç bir
problem yoxdur

