Alonso qovula bilər –

Baş səhifə

Xabi Alonso “Real Madrid”dən qovula bilər.

Metbuat.az xəbər verir ki, “Real”ın İspaniya La liqasının 15-ci turunda “Atletik Bilbao” ilə oyunda xal itirəcəyi təqdirdə Alonso istefaya göndərilə bilər. “The Athletic” nəşrində dərc edilən xəbərə görə, “Real” rəhbərliyi klubun oyunundan narazıdır.

Qeyd edək ki, “Real Madrid” İspaniya La liqasının son 3 turunda qələbə qazana bilməyib. “Real” “Rayo Valyekano” ilə 0:0, “Elçe” ilə 2:2 və “Jirona” ilə 1:1 hesabı ilə bərabərə qalıb. Bundan əvvəl “Real”da bir sıra futbolçuların Xabi Alonsonun oyun fəlsəfəsindən narazı olduğu barədə xəbərlər dərc edilmişdi. “Real” 14 turdan sonra 33 xal toplayıb və lider “Barselona”dan 1 xal geri qalır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.