
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə
sistemləri ilə banklara 2,762 milyon ədəd əməliyyat üzrə 1,463
milyard manat vəsait daxil olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə aparılmış əməliyyatlar üzrə 605,8 milyon ədəd və ya 18%,
vəsait həcmi üzrə isə 210,5 milyon manat və ya 12,6% azdır.
Eyni zamanda cari ilin noyabrın 1-nə Azərbaycanda sürətli pul
köçürmə sistemlər ilə banklardan kənara 808,6 min ədəd əməliyyat
üzrə 405 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni
dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 386,8 min ədəd və
ya 32,3%, vəsait həcmi üzrə isə 122,8 milyon manat və ya 23,3%
azdır.

