Ağ Evin saytında yerli KİV-in “şərəf” lövhəsi yaradılıb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi
saytında virtual rüsvayçılıq (şəxsi nüfuzun sarsılması) lövhəsini
yaradıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn
Livitt bəyan edib.

Məlumata görə, həmin lövhəyə iddiaya görə həqiqətə uyğun olmayan
xəbər materialları dərc etmiş və ya yayımlamış KİV-lərin adları
qeyd olunub.




“Tramp administrasiyası feyk xəbərlərə görə indi həmişəkindən
daha çox məsuliyyətə cəlb edir”, – o, “X” səhifəsində yazıb.

Rüsvayçılıq lövhəsində “The Washington Post” qəzeti, “Axios”
portalı və CNN telekanalı kimi məşhur KİV-lərin adları da yer
alır.