Ramiz Mehdiyevin işi üzrə Məmməd İbrahimin də evində axtarış aparılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü
Məmməd İbrahimin də evində axtarış aparılıb.

Trend xəbər verir ki, axtarış
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata
keçirilib.

Qeyd edək ki, DTX bir qədər əvvəl AXCP sədri Əli Kərimlinin də
evində axtarış aparıb.




Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə
cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə
ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş
Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay
müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ
keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə
ittiham olunur.