İki yırtıcı eyni klubda? –

Baş səhifə

Harri Keyn “Bavariya”dan ayrılarsa “Mançester Siti”yə transfer ola bilər.

Metbuat.az xəbər verir ki, “Mançester Siti” klubunun keçmiş hücumçusu Şon Rayt-Fillips belə iddia irəli sürüb. O, Harri Keyni “Mançester Siti”də Erlinq Halandla birlikdə oynamağa çağırıb. Keçmiş futbolçunun iddiasına görə, “Mançester Siti”də Harri Keynin xidmətində maraqlıdır.

Qeyd edək ki, “Barselona”nın Harri Keyni transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci ildə yekunlaşır. Onun müqaviləsində 65 milyon avroluq sərbəst qalma bəndinin olduğu iddia edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.