Bakı. Trend:
Şri-Lankada baş verən güclü təbii fəlakətlər nəticəsində 47
nəfər ölüb, 21 nəfər isə itkin düşüb.
Trend xəbər verir
ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
Şri-Lanka Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin açıqlamasında
bildirilir ki, ötən həftədən bəri ölkədə davam edən güclü yağışlar
insan tələfatına səbəb olub.
“Təbii fəlakətlər nəticəsində 47 nəfər həlak olub, 21 nəfər
itkin düşüb, çoxsaylı evlər, əkin sahələri və yollar su altında
qalıb. Ölkə üzrə 5893 nəfər fəlakətlərdən zərər çəkib”, –
açıqlamada qeyd olunub.
Səlahiyyətlilər əlavə ediblər ki, dağlıq ərazilərdə relslərə
düşən qaya, palçıq və ağaclar səbəbindən bəzi qatarların hərəkəti
dayandırılıb və bəzi xətlər suyun altında qalıb.

