Bakı. Trend:
Danimarka Xarici İşlər Nazirliyində hər gecə ABŞ Prezidenti
Donald Trampın Qrenlandiya ilə bağlı atdığı addımları və verdiyi
bəyanatları izləmək üçün xüsusi növbətçi çalışır.
Trend-in “Politiken” nəşrinə istinadən verdiyi məlumata görə, bu ştat vahidi
Trampın Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək niyyətində
olduğunu bildirməsindən sonra yaradılıb.
Növbətçinin əsas vəzifəsi ABŞ prezidentinin Qrenlandiya barədə
söylədiyi hər bir fikri dəqiq şəkildə qeydə almaq və səhərə qədər
Danimarka Nazirlər Kabinetinə, eləcə də aidiyyəti qurumlara hesabat
təqdim etməkdir.
Bundan əlavə, əgər Tramp tərəfindən hər hansı kritik addım
atılarsa, növbətçi ilkin tədbirləri görməlidir. Bunun üçün
əməkdaşın ixtiyarında Danimarka XİN rəhbərliyinin telefon nömrələri
saxlanılır.

