
Bakı.Trend:
Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində
quldurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saatlarında
orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və
kosmetik məhsulları talayıblar.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi
əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini
törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər – 40
yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı
Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin
marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması
təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı araşdırmalar davam edir.

