
Bakı. Trend:
Cənubi Koreyanın “Samsung” korporasiyası nisbətən ucuz və
populyar “Galaxy A” seriyasından olan smartfonlarının istehsalını
bərpa edəcək.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Tərtibat mərhələsində olan smartfonların “Exynos 2400”
mikroprosesoru, 8 qiqabayt əməli yaddaş və “Android 16” əməliyyat
sistemi ilə təchiz olunduğu deyilir.
“Samsung”un hazırlamaqda olduğu müəmmalı smartfonla bağlı
məlumatlar “Geekbench” bençmarkının məlumat bazasında dərc olunub.
Mütəxəssislər həmin smartfonun üç ədəd 2,78 Ghz tezlikli və əlavə
üç 2,3 Ghz tezlikli nüvələri olan prosesorunun olduğunu
bildirirlər.

