Ötən həftə 1 527 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Baş səhifə

Bakı.Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə
həftəlik (17.11.2025-23.11.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)
Trend-ə verilən
məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı,
Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni
zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 199 piyada əleyhinə
mina, 35 tank əleyhinə mina, 2464 Partlamamış Hərbi Sursat (PHS)
aşkarlanıb.




Bildirilib ki, 1 527,4 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.