ABŞ və Ukrayna sülh planı ilə əlaqədar Avropa tərəfdaşları ilə təmasda olacaqlar

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası və Ukrayna Ukrayna böhranının həlli planı
razılışdırıldıqça Avropa tərəfdaşları ilə əlaqələri davam etdirmək
niyyətindədirlər.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evin Cenevrədə keçirilən
məsləhətləşmələrdən sonra 23 noyabrda dərc etdiyi iki ölkənin birgə
bəyanatında deyilib.




“Ukrayna və ABŞ yaxın günlərdə birgə təkliflər üzərində intensiv
işi davam etdirmək barədə razılığa gəliblər. Proses irəlilədikcə
onlar həmçinin Avropa tərəfdaşları ilə sıx əlaqə saxlayacaqlar”, –
deyə sənəddə bildirilib.

Bəyanatda layihə sənədi ilə bağlı “son qərarı” ABŞ prezidenti
Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski verəcəyi
vurğulanıb.