
Bakı. Trend:
Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycan
Respublikasının Baş prokuroru Kəmran Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.
Bu barədə Trend-ə
Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Mətbuat
xidmətindən bildirilib.
Səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Buxarest
şəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin büstünü ziyarət edib.
Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad
olunub, büstün önünə əklil və güllər düzülüb.
Səfər çərçivəsində Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək,
səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələr
arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi
perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən dərc edilən “Qarabağ
Azərbaycandır” kitabları səfirliyin kitabxanasına hədiyyə
olunub.


