
Bakı. Trend:
Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə
alınıb.
Trend PFL-in
saytına istinadən xəbər verir ki, bu, XII tura təsadüf edib.
“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox
tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt
şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.
Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun “Turan Tovuz” –
“Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı
oyunda 5800 azarkeş olub.
XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən “Karvan
Yevlax” – “Kəpəz” görüşündə (1:2) isə 4000 tamaşaçı olub. Bununla
da turun matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan
asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub.
Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.


