
Bakı. Trend:
Çinin “Çançjen-3B” daşıyıcı raketi “Şiyan-21” eksperimental
rabitə peykini orbitə uğurla çıxarıb.
Trend-in
məlumatına görə, bu barədə Çinin “CGTN” teliviziya kanalı xəbər
verib.
Məlumata əsasən, orbitə buraxılış Çinin cənub-qərbindəki Siçuan
vilatəindəki Siçan Peyk Buraxılış Mərkəzindən həyata keçirilib. “Şiyan-21” peyki təyin olunmuş orbitə daxil olub.
Cihaz əsasən peyk rabitəsi, radio, televiziya və məlumat
ötürülməsi kimi sahələrdə xidmətlər göstərmək, eləcə də texniki
sınaqlar üçün istifadə olunacaq.

