
İran İsraillə iyundakı 12 günlük müharibə zamanı müttəfiq hesab etdiyi ölkələrdən heç bir dəstək almayıb.
APA xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
“Bizim dostumuz olan və 12 günlük müharibə zamanı kömək etməli olan bəzi ölkələr bunu etməyiblər”, – İran Prezidenti qeyd edib.


