Bakı. Trend:
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza
bildirib ki, ölkəsi ABŞ-nin G20 sammitində mümkün iştirakı barədə
danışıqlar aparır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Ramafoza bu barədə jurnalistlərə
açıqlamasında danışıb.
Onun sözlərinə görə, Vaşinqtondan sammitdə iştirak etmək
imkanına dair siqnal alıblar.
Qeyd edək ki, ABŞ Cənubi Afrika Respublikasında keçiriləcək G20
toplantısını boykot etməyə qərar vermişdi.

