Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq

Baş səhifə
Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq

Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən “Report”un yerli bürosuna verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 21 noyabr saat 10:00-dan etibarən 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

İşlər bitdikdən sonra qazın verilişi bərpa olunacaq.