
Bakı. Trend:
Noyabrın 18-i Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən
hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok
ilə hərəkətdə olarkən idarəetməni itirib və “Vaz-2107” markalı
avtomobilə çırpılıb.
Trend xəbər
verir ki, o, özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə
tullanıb, bu zaman H.Osmanovun idarə etdiyi “Ford Transit” markalı
avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri
alıb. E.Abbasov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.

