Böyük Britaniyanın Müdafiə Nazirliyi hərbi qulluqçulara xidməti avtomobillərin içərisində peşələrinə dair məsələləri müzakirə etməyi qadağan edib.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Bildirilib ki, qurum Çinin dinləmə cihazları vasitəsilə məxfi məlumatların sızmasından narahatdır.
Qəzetin məlumatına görə, mümkün dinləmə barədə xəbərdarlıq hərbi qulluqçuların və hərbi texnikanın daşınması üçün istifadə edilən xidməti avtomobillərin cihaz panellərində qeyd edilib.
“Avtomobil içərisində rəsmi xarakterli məlumatlar barədə söhbətlərdən çəkinin”, – xəbərdarlıqlarda bildirilir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

