Bakıda “China Visitors Summit”i keçirilir

Baş səhifə

Bakı.Trend:

Bu gün Bakıda ilk dəfə Çinin 50-dən çox turizm şirkətinin və
yerli turizm sənayesi üzvlərinin iştirakı ilə “China Visitors
Summit” keçirilir.

Trend xəbər
verir ki, sammitə Dövlət Turizm Agentliyi təşkilatçılıq edir.

“China Visitors Summit” Azərbaycan turizmi üçün prioritet bazar
hesab olunan Çindən turistlərin axınının artmasını təmin edəcək
mühüm tədbirlərdən biri hesab olunur.




Tədbirdə Azərbaycan və Çin tərəfdən rəsmilər iştirak edir.

Xəbər yenilənəcək