Böyük Britaniyada qanunsuz miqrantların daimi qalma qaydaları sərtləşdirilir

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hakimiyyəti qanunsuz miqrantların ölkədə daimi
yaşamaq hüququ əldə etməsi üçün gözləmə müddətini dörd dəfə
artıraraq 20 ilə çatdırmağı planlaşdırır.

Trend xəbər verir
ki, bunu Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud BBC
telekanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, yeni islahat uzun illər formalaşmış
təsəvvürləri dəyişəcək və sığınacaq verilməsinin tez bir zamanda
daimi yaşayış icazəsi ilə nəticələnməsi praktikasına son qoyacaq.
Onun qeyd etdiyinə görə, sistem daha uzunmüddətli müvəqqəti status
modelinə keçəcək və hər iki ildən bir vəziyyətin qiymətləndirilməsi
aparılacaq.




Mahmud həmçinin bildirib ki, əgər qaçqının gəldiyi ölkə bu
müddət ərzində geri qayıtmaq üçün təhlükəsiz hesab olunarsa, həmin
şəxs vətəninə göndəriləcək.

Daxili işlər naziri islahatın detalları ilə noyabrın 17-də çıxış
etməlidir.