
Ağdərə. Trend:
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Trend-in Qarabağ
bürosunun xəbərinə görə, hadisə rayonun Sırxavənd kəndi ərazisində
baş verib. Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq
Namiq oğlu kənd ərazisində minaya düşüb. Yaralı N.Əliyev Bərdə
Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma başlanıb


