
Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Rusiya və Ukraynanı sülhə gətirmək üçün xarici qüvvələr fəal rol oynamalıdır.
APA “Telex” nəşrinə istinadən xəbər verir ki, Dyorda keçirilən anti-müharibə mitinqində çıxışı zamanı danışıb.
O bildirib ki, xüsusilə Ukrayna tərəfini sülhə razı salmaq daha asan olardı.
Baş nazirin sözlərinə görə, hazırda münaqişənin hər iki tərəfi sülh istəmir və məhz buna görə də “xarici qüvvələr rusları və ukraynalıları barışmağa inandırmalıdır”.


