Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında rayonunun Turan qəsəbəsində baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

