Azərbaycan Basketbol Liqasında VII turun daha bir oyunu keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında VII turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında VII turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, B qrupunda “Sumqayıt” “Naxçıvan”la üz-üzə gəlib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 116:99 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə “Lənkəran” “Sərhədçi”ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.