Bakı. Trend:
Böyük Britaniyanın Mançester şəhərinin Polis İdarəsinin
Pentensiar xidmətin əməkdaşları ilə birgə şəhərin cəzaçəkmə
müəssisəsində keçirdiyi əməliyyatda kameralardan 500-dən çox
elektron cihaz, o cümlədən mobil telefon və SIM kartlar
aşkarlanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Mançester Polis İdarəsinin reydlə bağlı verdiyi bəyanata əsasən,
məhbuslar həmin mobil telefonlar vasitəsilə Mançesterdə mütəşəkkil
cinayətkar dəstələrin narkotik vasitə və silah tədarükü, eləcə də
ciddi zorakılıqlarla bağlı fəaliyyətini əlaqələndirirdilər.
Əməliyyatda müsadirə olunmuş mobil cihazlar və SIM kartlar məhv
edilib.

