Vaşinqton neftin qiymətlərini çox tez endirməkdə maraqlı deyil, çünki bu, Amerika istehsalçılarına zərər verə bilər.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Maunt-Pokono şəhərində çıxışında deyib.
“Biz heç vaxt olmadığı qədər daha çox yanacaq çıxarırıq. Bu baş verdikdə qiymətlər aşağı düşür, buna görə neftin bir barelinin qiyməti çox yaxşı azalır”, – o deyib.
Tramp qeyd edib ki, Vaşinqton bununla yanaşı neftin qiymətinin bu qədər sürətli azalmasını istəmir, çünki istehsalçıların hasilatı davam etməsində maraqlıdır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

