Bakı. Trend:
İspaniyanın Qiymətli Kağızlar Bazarı üzrə Milli Komissiyası
(CNMV) “Twitter International Unlimited Company” şirkətinə reklam
qanunvericiliyinə əməl etmədiyinə görə 5 milyon avro məbləğində
cərimə tətbiq edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, maliyyə tənzimləyicisinin qərarı rəsmi
hökumət qəzetində dərc olunub.
“El País” qəzetinin yazdığına görə, şirkət “Quantum AI”
tərəfindən yerləşdirilmiş reklamları bloklamadığı üçün cərimələnib.
Həmin şirkət sosial şəbəkə üzərindən investisiyaları təşviq etmək
üçün tanınmış şəxslərin və media qurumlarının adlarından istifadə
edib.

