
Bakı. Trend:
Kəlbəcər rayonunun İstisu qəsəbəsinin layihələndirilməsinə
başlanılır.
Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını “Kooplayihə-AHB” firmasına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 836 620 manat ödənilib.
İstisu qəsəbəsini layihələndirəcək şirkət 2010-cu ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 min manat olan şirkətin
qanuni təmsilçisi Xəlilov Hüseyn Artıx oğludur.

