Babək Quliyev Türkiyə – Ukrayna matçının hakim-inspektoru olacaq

Baş səhifə
Babək Quliyev Türkiyə - Ukrayna matçının hakim-inspektoru olacaq

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Bu barədə “Report”a AFFA-dan bildirilib.

Məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə – Ukrayna görüşünün hakim-inspektoru olacaq.

H qrupunun qarşılaşması İstanbulda yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.