İspaniyada quş qripi həyəcanı: Fermalar bağlanır

Baş səhifə

Bakı. Trend:

İspaniyada artan quş qripi halları səbəbindən son aylarda 2
milyondan çox quş məhv edilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Kənd Təsərrüfatı,
Balıqçılıq və Qida Nazirliyi risk zonasına daxil edilən 1 199
bələdiyyədə fermaların bağlandığını elan edib.




Xüsusilə vəhşi quşlarla təmasın qarşısını almaq üçün fermalarda
biotəhlükəsizlik tədbirləri gücləndirilib, heyvanlarda şübhəli
xəstəlik halları aşkar edildikdə dərhal bildiriş verilməsi tələb
olunur.

İspaniyanın “Yumurta İstehsalçıları Birliyi”nin (Aseprhu)
rəhbəri Mar Fernandez bildirib ki, yumurta sənayesi quş qripi
böhranından ciddi dərəcədə zərər görüb.