Gədəbəydə yaşayış binasında yanğın olub

Baş səhifə

Bakı. Trend:

Gədəbəy şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
Gədəbəy şəhərində üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində
ümumi sahəsi 120 m² olan 5 otaqlı mənzilinin eyvanında 1 ədəd
məişət avadanlığı və dam örtüyünün taxta atmaları 8 m² sahədə
yanıb.




Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.