Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəlib – FOTO

Baş səhifə

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Apasport.az-ın xəbərinə görə, yığmamız 1/4 final mərhələsində Maldiv adaları komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 8:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə komandamız ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, yığmamız sabah yarımfinalda Misir yığması ilə üz-üzə gələcək.