Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırıldı

Baş səhifə

8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və “Times” meydanındakı ən hündür göydələndə Azərbaycan bayrağı proyeksiya edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

İşıqlandırma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 02:00) başlayıb və hər 5 dəqiqədən bir təkrarlanmaqla 8 saat davam ediləcək. Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş işıq şousu şəhərin müxtəlif nöqtələrindən görünən möhtəşəm mənzərə yaradıb.

Aksiya çərçivəsində Nyu-York sakinləri və turistlər Azərbaycan bayrağının proyeksiya olunduğu binaları böyük maraq və heyranlıqla izləyiblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.