Bakı. Trend:
ABŞ Xəzinədarlıq Nazirliyi və Maliyyə Nazirliyinin sanksiyalarla
məşğul olan ofisi (OFAC) Suriya Prezidenti Əhməd əl-Şara və Daxili
İşlər Naziri Anas Xattabın ABŞ-nin “Xüsusi Təyin Olunmuş Qlobal
Terrorçu” (SDGT) siyahısından çıxarıldığını açıqlayıb. Bu addım
Donald Trampın Suriya ilə bağlı siyasətindəki son dəyişikliklərin
bir hissəsidir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Eyni zamanda Birləşmiş Millətlər Təhlükəsizlik Şurası (BMT-TŞ)
ABŞ-nin təşəbbüsü ilə Əl-Şara və bəzi digər şəxslərə qarşı tətbiq
olunmuş bəzi sanksiyaların ləğvi ilə bağlı qətnaməni qəbul edib;
qətnamə 14 səs lehinə, Çin isə bitərəf qalıb. BMT-nin qərarı Suriya
rəhbərliyinin beynəlxalq səviyyədə reinteqrasiyası istiqamətində
mühüm addım kimi qiymətləndirilir.

