Pakistanda yük maşını dərəyə aşıb, 15 nəfər ölüb

Baş səhifə

Pakistanın Hayber Paxtunxva vilayətinin Svat bölgəsində yük maşını dərəyə aşıb.

APA Pakistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər ölüb, 8 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Ölənlərin əksəriyyəti uşaqlardır.

Sərnişinlər yaşadıqları yerdən başqa yerə köç edən ailələr olub.

Məlumata görə, qəzaya səbəb sürücünün sürət həddini aşması və idarəetməni itirməsi olub.