
Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial
Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya
ödənişi həyata keçirilib.
Respublikamızın digər bölgələrində yaşayan pensiyaçıların,
həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr
ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

