Bakı. Trend:
Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb.
Trend-in məlumatına görə,
hadisə Biləsuvar rayonunun Cəbrayıldan olan məcburi köçkünlərin
məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib.
Belə ki, Məkurə Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif
dərəcəli yanıq xəsarətəri alaraq ölüb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma
aparılır.

