
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin
liderləri ilə keçirilən görüşdən sonra jurnalistlərin suallarını
cavablandırıb.
Trend xəbər verir
ki, dövlət başçısı çıxışı zamanı ABŞ-nin nüvə potensialından və
qlobal nüvəsizləşmə məsələsindən danışıb.
“Bizim kifayət qədər nüvə silahımız var. Biz birinci, Rusiya
ikinci, Çin isə üçüncüdür. Dünyanı 150 dəfə partlada bilərik, lakin
buna ehtiyac yoxdur”, – deyə Tramp bildirib.
O, nüvəsizləşmənin vacibliyini vurğulayaraq qeyd edib ki, artıq
bu mövzuda Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si
Cinpinlə danışıqlar aparıb. “Hər kəs bu qədər pulu silahlanmaya
yox, insanlara fayda verəcək sahələrə yönəltmək istəyir. Mən sülh
istəyirəm və bütün dünyada sülhün bərqərar olmasını arzulayıram”, –
ABŞ Prezidenti əlavə edib.


