Ukraynada polis rəisi müsadirə etdiyi pulla birlikdə yoxa çıxıb

Baş səhifə
Ukraynada polis rəisi müsadirə etdiyi pulla birlikdə yoxa çıxıb

Ukraynada polis rəisi, üzərində bir cinayət işi üzrə müsadirə edilmiş pul vəsaiti ilə yoxa çıxıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Milli Polisi yoxa çıxan Kiyev şəhər Darnitskiy rayon polisinin rəisi Yuri Rıbyansk barədə artıq axtarış elan edib.

Dünəndən bəri onunla heç bir əlaqə yoxdur. Onun axtarışı ilə bağlı qəsdən adam öldürmə və külli miqdarda vəsaiti mənimsəmə halı üzrə cinayət işi qaldırılıb.

Qeyd edək ki, polis rəisinin üzərində nə qədər pul vəsaiti olduğu açıqlanmayıb.