Azərbaycanlı jurnalistlər Özbəkistanda “Ülli Hövli” kompleksində olublar

Baş səhifə

Özbəkistanda səfərdəolan azərbaycanlı jurnalistlər Xorezm regionunun Urgenç rayonu ərazisində yerləşən “Ulli-Hovli” tarixi kompleksini ziyarət ediblər.

APA-nın Xivəye ezam olunmuş müxbirinin verdiyi məlumata görə, XVII əsrə aid obyekt, əvvəllər karvan yollarının müdafiəsi məqsədi ilə inşa edilib və hazırda mədəni-turizm məkanı kimi fəaliyyət göstərir.

Ziyarət zamanı jurnalistlər kompleksdə yerləşən sənətkarlıq emalatxanaları, turistlər üçün konsert və folklor tədbirləri, at və dəvə gəzintiləri üçün yaradılmış imkanlarla tanış olublar.

Qeyd edək ki, səfər media nümayəndələrinin regionun tarixi-mədəni irsi, turizm infrastrukturu və iki ölkə arasında mədəni mübadilə perspektivlərini qiymətləndirməsi məqsədini daşıyır.

Xatırladaq ki, səfər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində reallaşdırılıb. Layihə iki ölkə arasında media sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılmasını, həmçinin media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsini nəzərdə tutur.