“Qarabağ”ın futbolçusu Kadi Borgesin zədəsi ciddi ola bilər

Baş səhifə
Qarabağın futbolçusu Kadi Borgesin zədəsi ciddi ola bilər

“Qarabağ”ın futbolçusu Kadi Borgesin zədəsi ciddi ola bilər.

“Report” xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçsi Qurban Qurbanov UEFA Çempionlar Liqasının IV turunda “Çelsi”yə (İngiltərə) qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

O, görüşün gedişində zədələnərək meydanı tərk edən yarımmüdafiəçinin son durumundan danışıb:

“Hazırda nəsə deyə bilmirəm. Sabah onun vəziyyətini daha dəqiq öyrənəcəyik. Lakin düşünürəm ki, zədəsi ciddi ola bilər. Deyəsən ayağındakı sümüklərdən birində sınıq yaranıb. İnanırıq ki, Kadinin zədəsi yüngül olacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.