Qurban Qurbanov: “Çelsi” ilə matçda heç-heçəni uğurlu hesab edirik”

Baş səhifə
Qurban Qurbanov: Çelsi ilə matçda heç-heçəni uğurlu hesab edirik

“Qarabağ” “Çelsi” (İngiltərə) ilə oyunda əldə edilən heç-heçəni uğurlu hesab sayır.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis “Çelsi”yə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:

“Azarkeşlərimizi təbrik edirəm. Qarşıdan bizim Zəfər bayramımız gəlir. Bu heç-heçəni də uğurlu nəticə hesab edirik və futbolçularımızın çəkinmədən göstərdiyi mübarizəni xüsusi vurğulayıram. Əsl azərbaycanlılara xas şəkildə mübarizə apardılar. İlk dəfə ingilis klubları ilə matçda xal qazandıq. Bu gün xalsız da qala bilərdik. Qarşıda çətin görüşlər bizi gözləyir”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.