Belçikada “F-35” qırıcılarının tədarükü qalmaqala səbəb olub

Baş səhifə

Bakı. Trend:

Belçikada ABŞ istehsalı olan “F-35” qırıcılarının tədarükünün
başlanması ilə bağlı qalmaqal meydana gəlib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, bu hərbi təyyarələr istismar baxımından həddindən
artıq bahalı və kiçik krallıq üçün çox səs-küylü hesab olunur.
Bahalı yeni qırıcılarla bağlı ilk tənqid dalğası Belçikanın müdafiə
naziri Teo Frankenin federal parlamentdəki çıxışından sonra
yaranıb.

Qeyd olunur ki, F-35 təyyarəsinin bir saatlıq uçuşunun dəyəri
Belçika üçün olduqca baha başa gəlir – 50 min avrodan çox.