
Bakı. Trend:
2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq və
mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil
alacağı “Azərbaycan–Türkiyə birgə Universiteti”nin fəaliyyətinin
növbəti ildə təmin edilməsi məqsədilə 6,0 milyon manat vəsait
proqnozlaşdırılıb.
Trend-in məlumatına görə, bu məsələ Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini
tapıb.
Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon
manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə
78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə
müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

