ADY Abşeron dairəvi marşrutu ilə daşınan sərnişin sayında yeni rekorda imza atıb

Baş səhifə

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC oktyabr ayı ərzində Abşeron
dairəvi marşrutu ilə daşınan sərnişin sayında yeni rekorda imza
atıb.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.




Bildirilib ki, oktyabrda dəmir yolu ilə 1 milyon 68 min 212
nəfər səfər edib.