
Bakı. Trend:
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə
görüşüb.
Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və
dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan
qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar
Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri
görüşdə iştirak edib.

