Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 10 dövlət şirkəti tərəfindən ixrac edilmiş qeyri-neft məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (743,447 milyon ABŞ dolları) ilə müqayisədə 107,233 milyon ABŞ dolları və ya 14,42 % artaraq 850,68 milyon ABŞ dolları təşkil edib.
“Report”un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 35,59 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
|
Şirkət |
2025-ci ilin yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) |
2024-cü il yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) |
Faiz fərqi |
|
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
302,8 |
309,8 |
-2,26 % |
|
“SOCAR Polymer” MMC |
207 |
192,9 |
7,31 % |
|
“AzerGold” QSC |
165,6 |
90 |
84 % |
|
“Azəralüminium” MMC |
92,2 |
107,1 |
-13,91 % |
|
SOCAR-ın Qaz İxrac İdarəsi |
47,1 |
0 |
– |
|
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC |
30,3 |
42,6 |
-28,87 % |
|
“SOCAR-Dalğıc” MMC |
1,9 |
0 |
– |
|
“İstisu Mineral Su Zavodu” MMC |
1,6 |
0 |
– |
|
“Azərbaycan Dəmir Yolları” QSC |
1,5 |
0,266 |
463,91 % |
|
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti |
0,68 |
0,781 |
– |
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

