Mərkəzi Bank Dünya Bankı ilə rəqəmsal ödənişlərin inkişafını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (DB) arasında
makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən
islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf məsələləri
müzakirə olunub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.




Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə
olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada rifah üzrə
regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.

Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda
həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf
məsələləri müzakirə olunub. Eyni zamanda, Mərkəzi Bank ilə
əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə
sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və
nəzərdə tutulan işlər barədə danışılıb.

Görüşdə həmçinin DB-nin Azərbaycandakı fəaliyyəti və gələcək
perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.